Ruslar 12 minlik qoşunla hücuma HAZIRLAŞIR
Rusiya Luqansk vilayətini işğal etmək üçün xeyli texnika və 25 taktiki-batalyon qrupunu ərazidə cəmləşdirir.
Redaktor.az xəbər verir ki, bu barədə Luqansk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Qayday deyib.
“Hər taktiki qrupda təxminən 500 nəfər var, yəni söhbət Luqansk vilayətini ələ keçirməyə hazırlaşan 12 mindən çox faşistdən gedir. Bu rus qrupu ya regionu Ukraynanın qalan hissəsindən kəsmək, ya da Severodonetski tutmaq üçün hücuma atılır”, - deyə o bildirib.












