Ukraynada məhv edilən rus tanklarının sayı 1300-ü keçdi - FOTO
Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 29 350-yə qədər canlı qüvvəsi, 1 302 tankı, 3 194 zirehli döyüş maşını, 606 artilleriya sistemi, 201 reaktiv yaylım atəşi sistemi, 93 havadan müdafiə sistemi, 205 hərbi təyyarəsi, 170 helikopteri, 480 dronu, 112 qanadlı raketi, 2213 avtomobil texnikası və yanacaq çəni, 13 gəmi/kateri, 43 xüsusi texnikası məhv edilib.
T.İSMAYIL













