Londonda yeni metro xətti istifadəyə verildi
Böyük Britaniyanın paytaxtı Londonda yerüstü və yeraltı dəmir yolu rabitəsi sisteminə inteqrasiya olunmuş “Crossrail” dəmir yolu nəqliyyatının yeni istiqaməti açılıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, ilkin mərhələdə qatarlar bazar günü istisna olmaqla, həftənin altı günü səhər saat 06:30-dan axşam 23:00-dək hərəkət edəcək.
Hazırkı Böyük Britaniya monarxının adını daşıyan “Yelizavet” xəttinin açılışı taxta çıxmasının 70 illiyi münasibətilə keçiriləcək genişmiqyaslı milli bayramlara təsadüf edir.
Qatarlar doqquz vaqondan ibarətdir və 1500-dək sərnişini qəbul edir. Hər il, təxminən, 200 milyon insanın “Crossrail”dən istifadə edəcəyi gözlənilir.












