Rusiya Donetsk vilayətində bir şəhəri ələ keçirdi

 15:15 24.05.2022     432

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Svetlodarsk şəhərini ələ keçirib.

Redaktor.az “Svobodnoye radio”ya istinadən xəbər verir ki, bu barədə Svetlodarsk şəhər hərbi administrasiyasının başçısı Sergey Qoşko bildirib.

Rusiyanın teleqram kanalının məlumatına görə, şəhəri “Vaqner” qeyri-rəsmi xüsusi hərbi şirkətinin döyüşçüləri ələ keçirib.

Xatırladaq ki, bu gün Rusiyanın Ukraynada başladığı hərbi əməliyyatların 90-cı günüdür.

Vumart və Güvən reklamı Vumart Güvən