Rövşən Əsgərovun həbsinə QƏRAR VERİLDİ

 16:58 24.05.2022     875

Rusiya məhkəməsi "Nə? Harada? Nə vaxt?" intellektual oyununun azərbaycanlı iştirakçısı Rövşən Əsgərovu qiyabi olaraq həbs edib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Moskvanın Basman rayon məhkəməsi qərar qəbul edib.

Qərara əsasən, R.Əsgərov barəsində ekstradisiya olunacağı təqdirdə iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi aprelin 27-də R.Əsgərov barəsində nasizmin reabilitasiyası maddəsi ilə cinayət işi açıb, mayın 11-də axtarış elan olunub.

İttihamda qeyd olunub ki, R.Əsgərov özünə məxsus "Facebook" səhifəsində Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən məlumatlar yayıb.

Vumart və Güvən reklamı Vumart Güvən