Paşinyan Blinkenlə Brüssel danışıqlarını müzakirə etdi

 17:54 24.05.2022     389

Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Redaktor.az xəbər verir ki, telefon danışığı zamanı mayın 22-də Brüsseldə Paşinyanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi üçtərəfli görüşün nəticələri müzakirə edilib.

Tərəflər Cənubi Qafqazda kommunikasiyaların açılması, regional təhlükəsizlik, həmçinin Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üçün xüsusi nümayəndələrin danışıqları mövzusunda fikir mübadiləsi aparıblar.

Vumart və Güvən reklamı Vumart Güvən