ABŞ və Ukrayna arasında hərbi yardım müzakirəsi

 20:00 24.05.2022     286

Ukrayna və ABŞ nümayəndələri arasında telefon danışığı zamanı Kiyevə hərbi yardım məsələsi müzakirə olunub.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığında Ukrayna tərəfdən prezidentin aparat rəhbəri Andrey Yermak, Ali Baş Komandan Valeri Zalujnı, ABŞ tərəfdən isə prezidentin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Millli iştirak ediblər.

Rəsmilər Ukraynadakı vəziyyəti, ölkənin cənubunda və şərqində hərbi əməliyyatların gedişini müzakirə ediblər.

Vumart və Güvən reklamı Vumart Güvən