Corc Buşu öldürmək istədilər

 23:01 24.05.2022     421

ABŞ-in sabiq prezidenti Corc Buşa qarşı sui-qəsdin qarşısı alınıb.

Redaktor.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə "Forbes" nəşri yazıb.

Əməliyyat ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən həyata keçirilib. Məlumata görə, sui-qəsd İŞİD-lə əlaqəsi olduğu ehtimal edilən şəxs tərəfindən həyata keçirilib.

FTB ekstremistin "WhatsApp" yazışmalarını izləməsi sayəsində onun planlarını üzə çıxarıb. Şübhəli şəxs qətlin təşkilinə xarici ölkələrdə yaşayan 4 İraq vətəndaşını cəlb etməyi planlaşdırdığını etiraf edib.

Şübhəli şəxsin adı açıqlanmır.

O, öz hərəkətini belə izah edib ki, 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsindən sonra minlərlə iraqlının ölümünə görə Buş məsuliyyət daşıyır.

Vumart və Güvən reklamı Vumart Güvən