Çin Ukrayna və Rusiyadan taxıl ixracı üçün “yaşıl dəhliz” yaratmağa çağırdı
"Dünyada ərzaqla bağlı yaranmış mürəkkəb şəraiti nəzərə alaraq Ukrayna və Rusiyadan taxıl ixracı üçün “yaşıl dəhliz” yaratmaq lazımdır".
Redaktor.az xəbər verir ki, bunu Çinin XİN rəhbəri Van İ Almaniyanın xarici işlər naziri Annalena Berbokla videoformatda danışıqlar zamanı bildirib.
O, ölkəsinin bu məsələdə kömək etməyə və maraqlı tərəflərlə əlaqə yaratmağa hazır olduğunu deyib.












