Rusiyanın Ukraynadakı itkiləri barədə yeni məlumat - 29450 hərbçi, 1305 tank, 206 qırıcı...

 10:58 25.05.2022     426

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 29 450 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 305 ədəd tankı, 3 213 ədəd zirehli döyüş maşını, 606 ədəd artilleriya sistemi, 201 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 93 hava hücumundan müdafiə sistemi, 206 ədəd hərbi təyyarəsi, 170 ədəd helikopteri, 112 qanadlı raket, 2 218 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi/kateri, 491 ədəd dronu və 44 ədəd xüsusi texnikası məhv edilib.

Vumart və Güvən reklamı Vumart Güvən