Putin yeni nazir təyin etdi
Rusiya Prezidenti Vladimir Putin general-mayor Aleksandr Kurenkovu ölkənin fövqəladə hallar naziri təyin edib.
Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, Putin bununla bağlı fərman imzalayıb.
Kurenkov buna qədər Rusiya Milli Qvardiyasının direktorunun müavini vəzifəsində çalışıb.












