Litva Ukraynaya 20 döyüş maşını göndərir

 20:38 25.05.2022     404

Litva Ukraynaya 20 ədəd M113 zirehli döyüş maşını göndərəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anusauskas məlumat verib.

O bildirib ki, Ukraynaya hərbi yük maşınları və minalardan təmizləmə maşınları tədarük ediləcək.

"Bizim və müttəfiqlərimizin koordinasiyalı köməyi Ukraynanın qələbəsi üçün çox vacibdir", - deyə müdafiə naziri qeyd edib.

Tədarük ediləcək maşınların ümumi dəyəri 15,5 milyon avrodur. Nazir əlavə edib ki, bundan əvvəl Litva Ukraynaya 100 milyon avro dəyərində hərbi yardım edib.

Vumart və Güvən reklamı Vumart Güvən