Qərbdən ərazilərin verilməsi ilə bağlı çağırışlar var”  - Podolyak

 21:12 25.05.2022     462

Qərbdən Ukraynaya ərazilərin verilməsi ilə bağlı çağırışlar edilib.

Redaktor.az xəbər verir ki, bu haqda Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak məlumat verib.

“Avropada rusiyayönlü lobbiçilər yavaş-yavaş başlarını qaldırmağa başlayırlar. Bu gün müəyyən siyasətçilər bizə yeni gündəm təklif edir: atəşkəs, dondurulmuş münaqişə və sülh naminə ərazilərin bir hissəsinin təhvil verilməsi. Qərbin nəzərində sözün əsl mənasında aşağıdakıları oxumaq olar: “Biz müharibədən əvvəlki köhnə həyat tərzini qaytarmaq istəyirik, hansısa güzəştlərlə razılaşın”, - deyə Podolyak bildirib.

Onun sözlərinə görə, Ukrayna bu müzakirədə iştirak etməyəcək. 

Vumart və Güvən reklamı Vumart Güvən