Ruslar Ukraynaya vizasız girə bilməyəcəklər
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya vətəndaşları üçün viza rejimi ilə bağlı petisiyanı dəstəkləyib
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin saytında bildirilir.
Prezident Baş nazir Denis Şmıqala bu məsələyə baxmağı tapşırıb.
“Rusiya vətəndaşlarının Ukrayna ərazisinə daxil olmasına nəzarət rejiminin gücləndirilməsinin tərəfdarıyam”, - məlumatda deyilir.












