Türkiyə yeni antiterror əməliyyatına başlaya bilər

 14:38 26.05.2022     453

"Türkiyə Suriyada yeni antiterror əməliyyatına başlaya bilər".

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

“Lazım olanı edəcəyik. Əlimiz-qolumuz bağlı qalmayacağıq. Nə vaxt bizə hücum edəcəklərini gözləməyəcəyik”, - o söyləyib.

XİN başçısı həmçinin bildirib ki, ABŞ-ın xarici siyasəti balanslı deyil və bu məsələdə rəsmi Vaşinqtona xəbərdarlıq edilib.

Vumart və Güvən reklamı Vumart Güvən