Ermənistanda müxalifət yenidən aksiya keçirir

 18:50 26.05.2022     548

Ermənistanın müxalif “Müqavimət” hərəkatının üzvləri yürüş keçirir.

Redaktor.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, yürüş iştirakçıları hökumət binasına çataraq “Nikolsuz Ermənistan” şüarları səsləndiriblər.

Müxalifətin məlumatına görə, hökumət binasında Baş nazir Nikol Paşinyanla Monteneqro Prezidenti Milo Cukanoviç arasında görüş keçirilir. Hərəkatın koordinatoru İşxan Saqatelyan rupor vasitəsilə Monteneqro prezidentinə müraciət edərək onun qeyri-legitim Baş nazirlə görüşdüyünü qeyd edib.

Polis bir neçə cərgədə hökumət binasını mühasirəyə alıb.

 

Vumart və Güvən reklamı Vumart Güvən