İran Kanadadan təzminat tələb edir
İran Kanadadan 10 milyon dollar təzminat tələb edəcək.
Redaktor.az xəbər verir ki, bunu İranın idman nazirinin müavini Sina Kalhor Kanada Futbol Federasiyası tərəfindən İran-Kanada görüşünün birtərəfli qaydada ləğvinə münasibət bildirərkən deyib.
O, bildirib ki, Kanada Federasiyası tərəfindən İran-Kanada görüşünün birtərəfli qaydada ləğvi bir daha göstərdi ki, qeyri-siyasi idman şüarı Qərb ölkələrinin maraqlarına pərdədir.
Nazir müavini öz tvitter hesabında qeyd edib ki, İran Furbol Federasiyası oyunun birtərəfli ləğvinə görə müqaviləyə əsasən 10 milyon dollar təzminat tələb edəcək.












