ABŞ rusların müharibə itkiləri barədə məxfi siyahı YAYDI

 23:21 26.05.2022     8023
Rusiyanın Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləsi başlayandan bəri rus qoşunları daim hərbi texnikada ciddi itkilər verirlər.

Redaktor.az xəbər verir ki, bu barədə CNN ABŞ Müdafiə Nazirliyindəki (Pentaqon) mənbəyə istinadən məlumat yayıb.

 Pentaqonun məlumatına görə, rus qoşunlarının itkiləri aşağıdakı kimidir: 

1000 tank; 

350-dən çox artilleriya;

30 qırıcı-bombardmançı;

50 helikopter

  ABŞ hesab edir ki, kifayət qədər ciddi itkiləri nəzərə alsaq belə, Rusiya Federasiyası hələ də müharibəni davam etdirmək üçün kifayət qədər texniki imkanlara malikdir.

Vumart və Güvən reklamı Vumart Güvən