Rusiyanın Ukraynadakı itkiləri - SON SİYAHI
Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 29 750-yə qədər canlı qüvvəsi, 1 322 tankı, 3 246 zirehli döyüş maşını, 623 artilleriya sistemi, 201 reaktiv yaylım atəşi sistemi, 93 havadan müdafiə sistemi, 206 hərbi təyyarəsi, 170 helikopteri, 503 dronu, 115 qanadlı raketi, 2226 avtomobil texnikası və yanacaq çəni, 13 gəmi/kateri və 48 xüsusi texnikası məhv edilib.
T.İSMAYIL













