“İsveç və Finlandiya barədə qərarımız qətidir” - Çavuşoğlu
“İsveç və Finlandiyanın NATO-ya üzv olması ilə bağlı Türkiyənin mövqeyi əvvəldən bəllidir”.
Redaktor.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rumıniya və Polşadan olan həmkarları ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
“Türkiyə NATO-nun açıq qapı siyasətini hər zaman dəstəkləyib. Amma bizim Finlandiya və İsveçlə bağlı qəti qərarlarımız var. NATO-nun və həmin ölkələrin narahatlığını da başa düşürük. Amma hər kəs bizim təhlükəsizliyimizlə bağlı qərarlara hörmətlə yanaşmalıdır”, - deyə XİN başçısı Türkiyənin rəsmi mövqeyini bir daha xatırladıb.












