İranda hərbi təyyarə SUYA DÜŞDÜ- VİDEO
İranın Qeşm adasının Kuveyi kəndinin sahillərində hərbi təyyarə qəzaya uğrayıb.
Redaktor.az “Azad İran”a istinadən xəbər verir ki, təyyarə hərbi təlim uçuşları zamanı qəzaya düşüb.
Qeyd olunur ki, pilotlar sağdır və onlar Kuveyi kəndinin balıqçıları tərəfindən xilas ediliblər.












