İmran Xan hökumətə 6 gün vaxt verdi

 12:16 29.05.2022     528

Pakistanda vəzifəsindən uzaqlaşdırılan keçmiş Baş nazir İmran Xan Şahbaz Şərif administrasiyasını təhdid edib. 

Redaktor.az "CNN"ə istinadən xəbər verir ki, İmran Xan Pakistanın ABŞ-da yetişdirilən “xainlər” tərəfindən idarə olunduğunu iddia edib.

"Bu xaricdən gətirilən hökumətə yeni seçkilər elan etmək üçün 6 gün vaxt verirəm. Əks halda, 2 milyon insanla yenidən İslamabada girəcəyəm" - deyə sabiq Baş nazir xəbərdarlıq edib.

Xatırladaq ki, aprelin 10-da Pakistan parlamentində keçirilən etimad səsverməsi nəticəsində İmran Xanın hökuməti süqut edib.

Vumart və Güvən reklamı Vumart Güvən