İşğalçı rusların Ukraynadakı itkisi 30 min nəfəri KEÇDİ-YENİLƏNDİ
Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Redaktor.az xəbər verir ki, bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.
Qeyd olunub ki, döyüşlərin başladığı gündən bu yana Rusiya tərəfinin şəxsi heyəti arasında itkilər 30 150 nəfərə çatıb.
Gedən döyüşlərdə Rusiya ordusunun 1 338 tankı, 3 270 zirehli döyüş maşını, 631 artilleriya sistemi, 203 reaktiv yaylım atəşi sistemi, 93 HHM sistemi, 207 təyyarəsi, 174 helikopteri, 2 240 avtomobil texnikası, 13 gəmisi, 504 kəşfiyyat PUA-sı, 48 xüsusi texnikası, 116 qanadlı raketi məhv edilib.
---
Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 30 150 hərbçisi zərərsizləşdirilib.
Bundan başqa, hücum edən tərəfin 1 338 ədəd tankı, 3 270 ədəd zirehli döyüş maşını, 631 ədəd artilleriya sistemi, 203 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 93 hava hücumundan müdafiə sistemi, 207 ədəd hərbi təyyarə, 174 ədəd helikopter, 116 qanadlı raket, 2 213 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi/kateri və 48 ədəd xüsusi texnikası məhv edilib.












