Poroşenkoya yenə ölkədən getməyə icazə verilmədi

 16:15 29.05.2022     518

Ukraynanın Dövlət Sərhəd Xidməti ikinci dəfə sabiq prezident Petro Poroşenkonun ölkəni tərk etməsinə icazə verməyib.

Redaktor.az APA-ya istinadən bildirir ki, bu barədə Ali radanın deputatı Viktoriya Sumar Tvitterdə yazıb.

"Bu dəfə QR kod oxundu, ezamiyyət həqiqi idi. NATO-nun parlament Assambleyası işinə başlamışdı. Lakin sərhədçilər bildirdilər ki, sənədlər qaydasında deyil" - deyə deputat qeyd edib.

Qeyd edək ki, mayın 27-də də Poroşenkonu Vilnüsdə keçiriləcək NATO-nun tədbirinə getməsinə Sərhəd xidməti icazə verməmişdi.

Vumart və Güvən reklamı Vumart Güvən