Rusiyada soydaşımız adına görə SAXLANILDI

 19:02 29.05.2022     672

Rusiyanın paytaxtı Moskvanın hava limanında "Ya Zamir" (tərc.: Mən Zamirəm-red) yazılı plakat tutan Azərbaycan vətəndaşı Rusiya Silahlı Qüvvələrini nüfuzdan salma şübhəsi ilə saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist Viktor Şenderoviç feysbuk hesabında yazıb.

Məlumata görə, Rusiyanın hüquq-mühafizə orqanları onun bu yazısını sülhə çağırış ("Я за мир", tərc.: "Mən sülh tərəfdarıyam") kimi başa düşdüyü üçün saxlayıb. Saxlanılan azərbaycanlının adının Zamir olması müəyyən ediləndən sonra o, sərbəst buraxılıb.

Vumart və Güvən reklamı Vumart Güvən