Zelenski Xarkovda hərbçiləri mükafatlandırdı

 19:34 29.05.2022     779

Ukrayna Prezidenti Vladimir Zelenski Xarkov vilayətinə səfər edib.

Redaktor.az  “ukrinform.ru” saytına istinadən xəbər verir ki, Vladimir Zelenski döyüşlərdə fərqlənən hərbçiləri təltif edib, onları qiymətli hədiyyələrlə mükafatlandırıb.

Ukrayna Prezidenti Xarkovda operativ vəziyyətlə tanış olub. Vladimir Zelenski deyib ki, torpaqlarını müdafiə edən ukraynalıların son nəfərinə qədər döyüşəcəyini artıq düşmən çoxdan anlayıb.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra ilk dəfə Vladimir Zelenski Kiyevi tərk edib.

2
Vumart və Güvən reklamı Vumart Güvən