Ruslar Qara dənizdə türkləri SAXLADI

 19:58 29.05.2022     783

Rusiya hərbçiləri Qara dənizdə Türkiyədən gələn 12 balıqçını saxlayıb. Hadisə Rusiyanın işğalı altında olan Krım sahillərində baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.

Saytın  yazdığına görə, içərisində 12 balıqçı olan iki türk gəmisi Qara dənizdə Rusiya Federasiyasının müvəqqəti işğal etdiyi Krım yarımadasının sahillərinə yaxınlaşıb. Rus gəmisi onlara yaxınlaşıb və türk balıqçılar saxlanılıb.

Türkiyə vətəndaşları Sevastopola aparılıb. Onlar qayıqlarını, bütün ovlarını müsadirə ediblər və həmçinin 30 min dollar cərimə ödəməyə məcbur ediliblər.

Vumart və Güvən reklamı Vumart Güvən