Honkonqda tanker partladı

 20:51 29.05.2022     698

Honkonqdan 300 km şərqdə neft tankerinin göyərtəsində partlayış olub.

Redaktor.az xəbər verir ki, Panama bayrağı altında üzən “Chuang Yi” tankerində partlayış nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Gəminin heyət üzvləri arasında indoneziyalı və manamalı dənizçilər var.

Hadisə yerinə xilasetmə əməliyyatı üçün iki vertolyot göndərilib. Artıq tankerdə yanğının lokallaşdırıldığı bildirilir.

Partlayışın səbəbi hələlik müəyyənləşdirilməyib.

Vumart və Güvən reklamı Vumart Güvən