Blinkendən Çinə uyğurlarla bağlı  ÇAĞIRIŞ

 21:15 29.05.2022     1640

ABŞ dövlət katibi Entoni Blinken Çində insan haqlarının vəziyyəti ilə bağlı narahatlığını bildirib. 

Redaktor.az xəbər verir, o, Çin hakimiyyətini Sincan əyalətində uyğurların soyqırımını dayandırmağa çağırıb.

Blinken bildirib ki, Çin BMT-nin İnsan Haqları üzrə komissarı Mişel Baçeletin bölgədəki vəziyyətlə bağlı müstəqil qiymətləndirmə aparmasına mane olub.

Blinken deyib ki, ABŞ Sincanda 1 milyondan çox sakinin saxlanılması ilə bağlı məlumatdan dərin narahatdır. Onun sözlərinə görə, məhbusların yaxınları işgəncə, cinsi zorakılıq, məcburi sterilizasiya, o cümlədən məcburi əmək və uşaqların valideynlərindən ayrılması halları barədə məlumat veriblər.

Vumart və Güvən reklamı Vumart Güvən