Ukrayna Ərdoğanın təklifinə cavab verdi
Rəsmi Kiyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ukraynalı və rusiyalı həmkarları Volodimir Zelenski və Vladimir Putini birgə konfransa dəvət etməsinə ilkin razılığını verib.
Redaktor.az “Strana.ua”ya istinadən xəbər verir ki, Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov Kiyev Putinin buna razılıq verəcəyi təqdirdə belə bir danışıqlar formatını nəzərdən keçirməyə hazır olduğunu bildirib.
"Bu nə dərəcədə doğrudur, onu deyə bilmərəm – həmin razılaşmalar Türkiyə və Rusiya prezidentləri arasında olub. O ki qaldı, Ukrayna Prezidenti Ofisinin mövqeyinə, əgər Rusiya Prezidenti buna razılıq versə, biz də buna baxacağıq”, - Nikiforov bildirib.
Qeyd edək ki, hələlik Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Putinlə Ərdoğanın ikitərəfli telefon danışığını təsdiqləyib.












