Türkiyə ordusu şəhid verdi

 10:02 30.05.2022     2255

İraqın şimalında terrorçularla qarşıdurma nəticəsində yaralanaraq xəstəxanaya yerləşdirilən Türkiyə ordusunun əsgəri dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Bizi dərin ağrı və hüznə boğan bu hadisədə həyatını itirən şəhidimizə Allahdan rəhmət, kədərli ailəsinə, Türk Silahlı Qüvvələrinə və millətimizə başsağlığı verir, səbr diləyirik”, - açıqlamada deyilir.

Vumart və Güvən reklamı Vumart Güvən