Bu şəhərdə partlayış BAŞ VERDİ
Melitopolun mərkəzində güclü partlayış baş verib.
Redaktor.az Ria xəbər saytına istinadən bildirir ki, bu barədə Zaporojye vilayətinin hərbi-mülki administrasiyasının baş şurasının üzvü Vladimir Roqov Telegram-da yazıb.
"Bu gün səhər saat 7:40 radələrində şəhərin tam mərkəzində güclü partlayış eşidilib. Boqdan Xmelnitski, Sergey Kirov və Petr Doroşenko küçələrinin sakinlərinin yaxınlığında evlərin pəncərələri və divarları titrəyirdi. Şəhərin mərkəzi qara tüstü ilə doludur” – Vladimir Roqov yazır.
Roqov əlavə edib ki, partlayış terror aktıdır və buna görə Kiyev rejimi məsuliyyət daşıyır. O, həmçinin RİA Novosti-yə bildirib ki, hadisənin arxasında Ukraynanın təxribat-kəşfiyyat qrupu dayanır, “amma əslində bu, terrorçu qrupdur”. Roqov ukraynalı yaraqlıların əhalini qorxutmasına imkan verməmək üçün regionda antiterror təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb.
Zərif Ülviqızı












