Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı

 14:44 30.05.2022     348

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşüb.

Redaktor.az Ria Novosti-yə istinadən xəbər verir ki, prezident iclasda xarici siyasət və Rusiyanın təhlükəsizliyinin təmin edilməsi məsələlərinin müzakirəsini təklif edib.
 

"Biz bir-biri ilə əlaqəli olan bir neçə məsələni müzakirə edəcəyik. Təhlükəsizlik Şurasının daimi üzvlərinin iclasının işi çərçivəsində ən mühüm iki sahəni - Rusiyanın xarici siyasəti və təhlükəsizliyinin təmin edilməsi məsələlərini nəzərdə tuturam", - Putin bildirib.

Bundan sonra o, xarici işlər naziri Sergey Lavrova təqdimatla çıxış etməyi təklif edib.

Vumart və Güvən reklamı Vumart Güvən