Donetskdə öldürülən 18 nəfərin 2-si uşaqdır
Donetskdə öldürülən 18 nəfərin 2-si uşaqdır.
Redaktor.az Tass xəbər saytına istinadən bildirir ki, Donetskin Voroşilovski və Budenovski rayonlarının atəşə tutulması zamanı yaralananların sayı 18 nəfərə çatıb.
Donetsk Xalq Respublikasının Səhiyyə Nazirliyinin məlumatına görə, onların arasında iki uşaq da var. Bu barədə bazar ertəsi Donetsk Xalq Respublikasının Səhiyyə Nazirliyi məlumat yayıb.
"30 may 2022-ci il saat 13:24-ə olan məlumata görə, Donetskin Voroşilovski və Budyonovski rayonlarının atəşə tutulması nəticəsində 16-sı böyük, ikisi uşaq olmaqla 18 nəfər yaralanıb" - idarənin Teleqram kanalında deyilir.
Nazirlikdən bildirilib ki, bütün xəstələrə lazımi tibbi yardım göstərilib.
Agentliyin məlumatına görə, atəş nəticəsində üç nəfər ölüb. Bundan əvvəl DXR-in ərazi müdafiəsi qərargahı Donetskin atəşə tutulması zamanı ölənlərin sayının 5 nəfər, o cümlədən 2009-cu il təvəllüdlü uşaq olmaqla, 16 mülki şəxsin yaralandığını bildirmişdi.
DXR-in Atəşkəsə Nəzarət və Koordinasiya Birgə Mərkəzindəki nümayəndəliyi bazar ertəsi bildirib ki, Ukrayna ordusu Donetskin mərkəzini atəşə tutarkən “Smerç” reaktiv yaylım atəşi sistemindən kasetli sursatlarla iki raket atıb, həmçinin 155 millimetrlik raket artilleriyasından istifadə edib. Onun sözlərinə görə, şəhərin Voroşilovski rayonunda Donetsk Milli Texniki Universitetinin 6-cı tədris korpusu, 22 nömrəli məktəb, 5 nömrəli humanitar gimnaziya və iki yaşayış binasına ziyan dəyib.
Zərif Ülviqızı












