Ruslar Ukraynada fransız jurnalisti ÖLDÜRDÜLƏR- FOTO

 20:24 30.05.2022     397

Fransız jurnalist Frederik Leklerk-İmhof Ukraynada öldürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Tvitterdə bildirib.

“Jurnalist Frederik Leklerk-İmhof müharibə reallıqlarını göstərmək üçün Ukraynada idi. O, rusların bombardmanından qaçmaq üçün humanitar avtobusda mülki əhali ilə birgə olsa da, ölümcül zərbədən qaça bilmədi” – deyə Makron qeyd edib.

Hadisə Ukraynanın Severodvinsk şəhəri yaxınlığında baş verib.

BFM TV artıq əməkdaşının həlak olduğunu təsdiq edib (apa.az).

 

2222
Vumart və Güvən reklamı Vumart Güvən