Ruslar Avropa Birliyini məhkəməyə verdi

 21:29 30.05.2022     529

İki rusiyalı oliqarx AB-nin sanksiyaları ilə bağlı məhkəməyə müraciət edib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiyalı oliqarxlar - Mixail Fridman və Pyotr Aven Lüksemburqdakı Avropa Məhkəməsinə müraciət ediblər:

"Aven və Fridman Ukraynada genişmiqyaslı müharibəyə görə AB sanksiyalarına məruz qalıb. Bununla bağlı rus oliqarxları Avropa Birliyi Şurasına qarşı iddialar qaldırıblar. Avenin iddiasının mayın 23-də, Fridmanın iddiasının isə mayın 24-də qeydə alınıb",- məlumatda deyilir.

Qeyd edək ki, Forbes Avenin sərvətini 4,6 milyard dollar, Fridmanın isə 12,9 milyard dollar olaraq qiymətləndirib.

Vumart və Güvən reklamı Vumart Güvən