Ermənistanda növbəti mitinqin vaxtı məlum oldu
Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə İrəvanda mitinq keçirəcək.
Redaktor.az “Ria Novosti“yə istinadən xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasından olan deputat İşxan Saqatelyan bildirib.
Saqatelyanın sözlərinə görə, aksiya iyunun 1-də saat 19.00-da paytaxtın Fransa meydanında başlayacaq.












