Fransa Ukraynaya "Sezar" haubitsaları göndərir
Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ölkəsinin Ukraynaya “Sezar” özüyeriyən haubitsaların daha bir partiyasını təhvil verəcəyini bildirib.
Redaktor.az xəbər verir ki, o, bu barədə Kiyevdə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə birgə mətbuat konfransında bildirib.
Kolonna deyib ki, Fransa Rusiya ilə müharibə etməsə də, müdafiə sahəsində Ukraynaya kömək edir.
“Bununla bağlı biz uzun müddətdir ki, Ukrayna hakimiyyəti ilə əlaqə saxlayırıq, biz daim Ukrayna tərəfinin nəyə ehtiyacı olduğunu və bu sorğulara cavab vermək üçün hansı imkanlara malik olduğumuzdan xəbərdarıq”, - deyən nazir əlavə edib ki, Fransa Prezidenti Emmanuel Makron Ukraynaya hərbi dəstəyi davam etdirəcək.












