Avropa İttifaqı Ukraynaya 9 milyard avro ayırır

 09:58 31.05.2022     416

Avropa İttifaqı Ukraynaya 9 milyard avro dəyərində növbəti makro-maliyyə yardımını ayırmağa hazırdır.

Redaktor.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tviterdə paylaşımında bildirib.

“Avropa Şurası G7 ilə birlikdə Ukraynaya təcili likvidlik ehtiyacları ilə bağlı yardımı davam etdirəcək. Avropa Şurası Ukraynaya 9 milyard avro ayrılmasına hazırdır. Bu, Ukraynanın bərpasına güclü və konkret dəstəkdir”, - deyə Ş. Mişel qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən