"NATO-nun Baş katibi dürüst və prinsipli hərəkət edir" - Çavuşoğlu

 11:21 31.05.2022     445

“NATO-nun Baş katibinə təşəkkür edirəm. Əvvəllər Türkiyənin Rusiyadan “S-400” almasını anlayışla qarşılayaraq “Müttəfiqlər istədiyi yerdən ehtiyaclarını qarşılaya bilər” demişdi. NATO-nun Baş katibi Yens Stoltenberq dürüst və prinsipli hərəkət edir”.

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu”ya müsahibəsində söyləyib.

“Baş katib həmçinin İsveç və Finlandiyanın NATO-ya üzv olmasında Türkiyənin narahatlıqlarının qarşılanmasının lazım olduğunu hər dəfə vurğulayır. O, bizimlə də təmasdadır”, - XİN başçısı qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən