Rusiyanın Ukraynadakı itkiləri açıqlandı - SİYAHI
Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikanın sayı məlum olub.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 30 500 hərbçisi zərərsizləşdirilib.
Bundan başqa, hücum edən tərəfin 1 358 ədəd tankı, 3 302 ədəd zirehli döyüş maşını, 649 ədəd artilleriya sistemi, 207 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 93 hava hücumundan müdafiə sistemi, 208 ədəd hərbi təyyarəsi, 174 ədəd helikopteri, 515 ədəd dronu, 120 qanadlı raketi, 2 275 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi-kateri və 48 ədəd xüsusi texnikası məhv edilib.












