Lavrov Türkiyəyə səfər edəcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edəcək.
Redaktor.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu”ya müsahibəsində söyləyib.
“Gələn həftə - iyunun 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə gələcək. Gəlmək istədiyini özü dedi. Biz də buyurun gəlin dedik”, - o qeyd edib.












