"Qazprom" Niderlanda qaz tədarükünü tam dayandırdı

 12:25 31.05.2022     379

“Qazprom” Niderland hökuməti adından qaz alqı-satqısı həyata keçirən “GasTerra”ya tədarükü tam dayandırıb.

Redaktor.az xəbər verir ki, Rusiya şirkəti bu qərarını Niderland treyderinin rublla ödəniş etməkdən imtina etməsi ilə əlaqələndirib.

Qeyd edək ki, “Qazprom” qaz ödənişlərinin rublla edilməsi ilə bağlı yeni qərardan sonra Polşa, Finlandiya və Bolqarıstana qaz ixracını dayandırıb.

Vumart və Güvən reklamı Vumart Güvən