İspaniya Rusiyaya görə hərbi xərclərini ikiqat artıracaq

 16:56 31.05.2022     350

Madrid Rusiya təhlükəsinə cavab olaraq ölkənin sabitliyini və təhlükəsizliyini təmin etmək üçün hərbi xərclərini artıracaq.

Redaktor.az xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes ölkəsinin NATO-ya üzvlüyünün 40 illiyinə həsr olunmuş tədbirdə bildirib.

“Mən ispanlara çatdırmağa çalışıram ki, biz səy göstərməliyik, çünki azadlıq və demokratiya kimi cəmiyyətimizin ən mühüm və fundamental aspektləri təhlükə altında olduğu halda təmkin və hərəkətsizliyin əvəzi daha yüksəkdir”, – deyə Sançes qeyd edib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya müdaxiləsi ilə Aİ və İspaniya təhlükəsizliyi qorumaq və “müəyyən gələcək” qurmaq üçün birliyin mühüm olduğunu anladılar.

İspaniyanın hərbi xərcləri hazırda ÜDM-in 1,03%-ni təşkil edir və Sançes hökumətin 2024-cü ilə qədər bu rəqəmi iki dəfə artırmağı planlaşdırdığını vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən