Lukaşenko Ukraynada xüsusi əməliyyatda olanları TƏLTİF ETDİ
Belarus Prezidenti Aleksandr Lukaşenko Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) Ukraynada “xüsusi əməliyyat”da iştirak edən əməkdaşlarını dövlət mükafatları ilə təltif edib.
Redaktor.az xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.
“Prezidentin iş qrafikində “tam məxfi” başlığı altında daha bir tədbir. Bu gün Prezident Ukrayna ərazisində keçirilən xüsusi əməliyyatda iştirak edən Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşlarını mükafatlandırıb”, - Prezident Administrasiyasına bağlı “Pul Pervogo” teleqram kanalında bildirilib.












