Türkiyə ordusu şəhid verdi

 18:05 31.05.2022     315

Türkiyənin Siirt şəhərinin Pərvari rayonunda aşkarlanan minanı zərərsizləşdirərkən 1-i ağır olmaqla 2 hərbçi yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə "TGRT Haber" məlumat yayıb.

Bildirilib ki, həkimlərin müdaxiləsinə baxmayaraq, yaralanan hərbçilərdən biri həlak olub.

Məlumata görə, partlayıcı maddə PKK terror təşkilatının mənsubları tərəfindən əraziyə yerləşdirilmişdi.

Vumart və Güvən reklamı Vumart Güvən