Ərdoğan Elon Maskdan tələbini açıqladı

 18:13 31.05.2022     385

Elon Maskla ilk görüşümdə ondan siqaret əleyhinə olan reklamlara daha çox vəsait ayırmasını istəyəcəm.

Redaktor.az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Bütün tütün məmulatlarını, hətta asılılığa səbəb olan hər cür maddəni əhatə edəcək şəkildə mübarizəmizi genişləndirərək davam etdiririk", - deyə o əlavə edib.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) may ayının 31-də yayımladığı statistik məlumatlara əsasən, Türkiyə 0,28 faiz göstərici ilə dünyanın ən çox siqaret aludəçisi olan ölkəsidir.

Vumart və Güvən reklamı Vumart Güvən