Rusiya Ukraynanın bu vilayətini özünə birləşdirir
Xerson vilayətinin hakimiyyət orqanları yaxın gələcəkdə regionun tam hüquqlu subyektə çevrilməsi üçün bölgənin Rusiyaya birləşdirilməsi məsələsinə başlamaq niyyətindədir.
Redaktor.az xəbər verir ki, bu sözləri Rusiya tərəfindən Xerson vilayətinin hərbi-mülki administrasiyası rəhbərinin müavini təyin edilən Kirill Stremousov bildirib.
"Xerson vilayəti yaxın gələcəkdə tam hüquqlu subyektə çevrilərək Rusiya Federasiyasının tərkibinə daxil olmaq niyyətindədir", - Stremousov bildirib.












