ABŞ Ukraynaya bu silahları VERƏCƏK
Birləşmiş Ştatlar Ukraynaya 60 km-dən çox mənzilə malik raket sistemləri verəcək.
Redaktor.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Məlumata görə, ABŞ Ukraynanı M31 GMLRS raket qurğuları ilə təchiz edə bilər, onların atəş məsafəsi döyüş sursatından asılı olaraq 500 km-ə qədərdir.
Qeyd olunur ki, bu qurğular 64 km mənzilli raketlərlə təchiz ediləcək. Bu cür raketlərin tədarükü Ukrayna ordusunu gücləndirəcək, lakin hərbi əməliyyatların Rusiya ərazisinə keçməsinə imkan verməyəcək.












