ABŞ hərbi bazasına "Qrad" atıldı

 22:17 31.05.2022     738

İraqın qərb hissəsində amerikalı əsgərlərin olduğu hərbi bazaya raket zərbələri endirilib.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İraq rəsmiləri məlumat yayıb.

Məlumata görə, Eyni əl-Əsəd adlı bazaya "Qrad" raketləri atılıb. Zərbələrin cüzi dağıntılara səbəb olduğu, lakin itki qeydə alınmadığı bildirilir.

Hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Vumart və Güvən reklamı Vumart Güvən